Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı il dönümü ilə bağlı paylaşım edib.

Leqal.info xəbər verir ki, paylaşımda aşağıdakılar bildirilir:

“Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibəti ilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik.

Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirik”.

Leqal.info