Belçikanın Azərbaycandakı səfirliyi Beynəlxalq Sülh Günü ilə bağlı paylaşım edib.

Leqal.info xəbər verir ki, səfirliyin “X” platformasındakı paylaşımında deyilir:

“Bu gün Beynəlxalq Sülh Günüdür. Sülh naminə fəaliyyət Belçika xarici siyasətinin prioritetidir. Bu həmçinin bizim burada, Səfirlikdə missiyamızın əsasında durur”.

Leqal.info