Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq.

Leqal.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “X” səhifəsində yazıb.

“Ankarada ölən və yaralananlarla bağlı xəbərlər narahatlıq doğurur. NATO müttəfiqimiz Türkiyənin yanındadır. Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq və hadisələri yaxından izləyirik”, - Rutte paylaşımında qeyd edib.

O, indilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı terror aktı ilə bağlı telefonla danışdığını da bildirib: “Mənim mesajım aydın idi: NATO Türkiyənin yanındadır!”

Leyla Kamil
Leqal.info