Leqal.info xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) XİN başçısı Moskvaya rəsmi səfərə yola düşmək üçün Vladivostoka gəlib.
Oktyabrın 30-da onun Moskvaya rəsmi səfər edəcəyi, Rusiya rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilib.
Qeyd edək ki, oktyabrın 24-də Rusiya Dövlət Duması Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.
Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.
Qərb mətbuatı KXDR-in Rusiyaya qoşun göndərdiyi və həmin qoşunların Kursk vilayətində yerləşdirildiyi barədə məlumatlar yayıb.
Leqal.info