Leqal.info “armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
Bununla belə o, sözügedən məsələ ilə bağlı yekun qərarın hələ mövcud olmadığını bildirib. A. Simonyan Sərhədlərin Delimitasiyası üzrə komissiyaların reqlamenti barədə də danışıb:
“Mən düşünürəm ki, komissiyaların fəaliyyəti haqqında reqlament dövlətlər arasında imzalanmış ilk sənəd olduğu üçün hər iki tərəfin qələbəsidir. Onun reallaşması həm Ermənistan, həm də Azərbaycanın ərazi bütövlüyü məsələsində əsas elementlərdən biridir. Biz bu məsələdə irəliyə doğru addımlamaqda davam edəcəyik”.
Leyla Kamil
Leqal.info