ABŞ-da prezident seçkiləri üçün ilk seçki məntəqələri artıq açılıb.

Leqal.info xəbər verir ki, Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.

Sorğular göstərir ki, namizədlərdən heç birinin ciddi üstünlüyü yoxdur. “NBC News”un məlumatına əsasən, bərabər sayda seçici namizədlərə səs verməyə hazırdır ki, bu da 49% təşkil edir.

Qeyd edək ki, seçkilərin müqəddəratını əsasən Nevada, Arizona, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya və Şimali Karolina ştatlarının seçiciləri həll edəcək.

Leqal.info