Leqal.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
"“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.
O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.
Leqal.info