Leqal.info xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” paylaşımında bildirib.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Məlumata əsasən, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.
“Həmkarımı münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddialar kimi qalan çağırışlar barədə məlumatlandırdım”, - Ceyhun Bayramov paylaşımında qeyd edib.
Leqal.info