Mən Suriyadakı liderlərə xəbərdarlıq edirəm: kim Əsədin yolu ilə getsə, sonu da onun kimi olacaq.[/b]

[b]Leqal.info
İsrail mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Katz ordunun hərbi-dəniz bazasını ziyarət edərkən deyib.

"Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin yolu ilə gedən hər kəsin sonu onun kimi olacaq", - nazir vurğulayıb.

Katz bildirib ki, orduya sərhədlərdə silahdan və terror təhlükəsindən təmizlənmiş müdafiə zonası yaradılması ilə bağlı əmr verib.

Leqal.info