Leqal.info xəbər verir ki, bu barədə Zelenski “Associated Press“ agentliyinə müsahibəsində deyib.
O, ABŞ prezidenti Donald Trampın administrasiyasının artıq Rusiya ilə müharibəyə son qoymaq üçün “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edib:
“Onların öz münasibətləri ola bilər, lakin bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”.
O, öz komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, ancaq bu müzakirələrin “ümumi səviyyədə” olduğunu söyləyib. Zelenski yaxın vaxtlarda daha ətraflı razılaşmaların hazırlanması üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır.
Leqal.info