Leqal.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” telekanalına müsahibəsində deyib.
“Problem budur: Zaman onun tərəfində deyil. Zaman bu münaqişənin əbədi olaraq davam etməsinin tərəfində deyil”, - o qeyd edib.
Vals bildirib ki, Ağ Ev Zelenskinin Ukraynadakı döyüşlərə son qoymaq üçün lazım olan kompromisləri etmək istəyini görmür: “Zelenski Ukraynada müharibəni dayandırmaq üçün lazımi addımları atmalı və lazımi güzəştləri təklif etməlidir”.
O vurğulayıb ki, Vaşinqton Zelenski ilə danışıqları bərpa etməyə hazırdır, ancaq o, sülhə sadiqliyini nümayiş etdirməlidir.
Leqal.info