Leqal.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.
Onun sözlərinə əsasən, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır.
“Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, ancaq bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, - Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, martın 3-də “Reuters“ Ağ Evin sözçüsünə istinadən ABŞ prezidenti Donald Trampın Kiyevə bütün hərbi yardımların çatdırılmasını dayandırmaq barədə göstəriş verməsi ilə bağlı məlumat yayıb.
Leqal.info