Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bugünki brifinqində bildirib.
Kremlin sözçüsü rəsmi Moskvanın bunu müsbət qiymətləndirdiyini söyləyib: "Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, ancaq nüanslar hələ dəyişməyib", - Peskov vurğulayıb.
Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını imzalayıb.
Leqal.info