ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Leqal.info xəbər verir ki, bu barədə Donald Tramp “NBC News”-a bildirib.

Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib:

“Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyə kimi heç vaxt görmədikləri bombardman olacaq”, – Tramp vurğulayıb.

Leqal.info