Leqal.info “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə səfəri zamanı bildirib.
O deyib ki, ancaq bu, hələ müharibənin bitməsi demək deyil.
Ukrayna liderinin sözlərinə əsasən, bir daha müharibənin qaynar fazasına qayıtmamağı təmin etməklə yanaşı, həm də real diplomatiyaya aparan yolu açacaq təminat lazımdır.
Zelenski qeyd edib ki, əgər atəşkəsin əvəzində Rusiyaya tətbiq olunan sanksiyalar ləğv edilsə, vəziyyət daha da çətinləşəcək.
“Biz hazırda yalnız atəşkəsdən danışırıq”, - Zelenski vurğulayıb.
Leqal.info