Leqal.info xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla - Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, - Pezeşkian qeyd edib.
O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, o cümlədən də sülh və təhlükəsizlik yarada bilərlər.
İran Prezidentinin sözlərinə əsasən, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.
Leqal.info