“Rusiya İstanbulda ciddi danışıqların aparılmasına köklənib”.

Leqal.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, Kreml rəhbəri Vladimir Putinin müzakirələrlə bağlı təklifinin kökündə münaqişənin ilkin səbəblərinin aradan qaldırılması, o cümlədən uzunmüddətli və dayanıqlı sülhün təminatıdır.

Zaxarova, həmçinin ölkəsinin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin artıq İstanbulda olduğunu açıqlayıb.

Leqal.info