Leqal.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
“Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – Tramp vurğulayıb.
Leqal.info