Leqal.info “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, həmçinin çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb: “Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Ümumilikdə 14 ballistik raket atılıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var".
O, PUA-ların çoxunun İran istehsalı olan “Şahed” dronları olduğunu bildirib.
Qeyd olunub ki, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, o cümlədən bir sıra müəssisələr sıradan çıxıb.
Leqal.info