Leqal.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə BMT, BMT-nin agentlikləri, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir: “Rusiya və Ukrayna arasında davam edən müharibə bizim ikitərəfli iqtisadi əlaqələrə də təsirsiz ötüşməyib. 2023-cü ildə növbəti azalma davam edib. Ticarət dövriyyəsi ötən il 460 milyon dollar civarında olub. İqtisadi sahədə əməkdaşlığın çox böyük perspektivləri var. Bugünkü görüşlərdə də bunu müzakirə etdik. Ukrayna-Azərbaycan Biznes Forumunun və Hökumətlərarası Komissiyanın işinin canlanması bu perspektivlərə töhfə verə bilər”.
Leqal.info