Leqal.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “X” hesabında yazıb.
O, bu halın baş verməməsi üçün atılmalı olan addımlar barədə danışıb:
“İran dünya ictimaiyyətini neft və qaz ixracının 20–25 faizinin həyata keçirildiyi Hörmüz boğazında hərəkəti qadağan edəcəyi ilə hədələyib. Bu addımın belə bir qeyri-sabit şəraitdə atılması təchizat məsələsində kütləvi böhran yaradacaq. Belə bir şəraitdə Avropa İttifaqı Rusiyanın faydalı qazıntılarından imtinanı nəzərdə tutan “RePowerEU” proqramından imtina etməlidir”.
Leqal.info