ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müharibənin davam etməyəcəyini deyib.

Leqal.info xəbər verir ki, Tramp NATO sammitindən sonra mətbuata verdiyi açıqlamalarda müharibənin bitdiyini və ölkələrin bir-birinə hücum etməyəcəyini düşündüyünü bildirib.

“Düşünürəm ki, zərbələrimiz dağıdıcı idi. Xirosima və Naqasakiyə baxdıqda deyə bilərik ki, o hücumlar da müharibənin bitməsinə rol oynadılar. Lakin bu müharibə fərqli yolla bitirildi”, - Tramp qeyd edib.

O, həmçinin qeyd edib ki, hücumlardan əvvəl İranın öz uran ehtiyatını təsisatlardan başqa yerlərə köçürdüyü xəbərlərinə inanmır.

Leqal.info