Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Leqal.info xəbər verir ki, paylaşımda deyilir:

“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir və sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”.

Leqal.info