Leqal.info “The Times of Israel”ə istinadən xəbər verir ki, Vens ABŞ administrasiyasının əsas iki məqsədinin HAMAS-ın mülki şəxslərə gələcək hücumlarının qarşısının alınması və Qəzzadakı humanitar böhranın həll edilməsi olduğunu vurğulayıb.
“Orada fəaliyyətdə olan bir hökumətin olmadığını nəzərə alsaq, Fələstin dövlətini tanımağın nə mənaya gəldiyini bilmirəm”, - o, bəzi ölkələrin Fələstin dövlətini tanımaq qərarına münasibət bildirərkən bu cümlələri işlədib və ABŞ-ın Fələstini tanımayacağını bəyan edib.
Leqal.info