Leqal.info xəbər verir ki, Zelenski “ABC News”a verdiyi müsahibədə Putinin Moskvada ikitərəfli sülh danışıqları aparmaq təklifini qəbul etmədiyini bildirib: “Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket atəşinə tutulur”.
Zelenskinin sözlərinə əsasən, müharibə şəraitində görüşmək istəməyən bir insan qeyri-real və qəbuledilməz təkliflər irəli sürə bilər: “Bu, mənim ondan Kiyevə gəlməsini tələb etməyimlə eyni şeydir”.
Ukrayna dövlət başçısı hesab edir ki, Putin bu təkliflə əslində görüşü gecikdirməyə çalışır.
Leqal.info