Leqal.info xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib.
Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”.
Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-ın girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.
Rubio həmçinin qeyd edib ki, planın silahsızlaşma mərhələsini əhatə edən ikinci hissəsi asan olmayacaq.
Leqal.info