Leqal.info xəbər verir ki, bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclası öncəsi jurnalistlərə bildirib.
“Heç bir ərazi güzəşti olmayacaq. Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün Brüsseldə keçirilən iclasın əsas mövzularından biri Ukraynaya dəstəyin gücləndirilməsi olacaq.
Sammitdən əsas gözlənti — Avropa İttifaqı liderlərinin Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti ayırmaq barədə prinsipial razılığa gəlməsidir.
Bu qərar qəbul olunarsa, Ukraynanın iqtisadi və müdafiə dayanıqlığının artırılmasına mühüm töhfə veriləcək.
Leqal.info