Leqal.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda çıxışı zamanı deyib.
“Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına uyğun ölkəyə çevirmək yolunda çox möhkəm və aydın addımlar atmalıyıq”, - o bildirib.
Paşinyan, eyni zamanda Aİ və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün eyni anda mümkün olmadığını qeyd edib, lakin hazırda hər iki yol üçün hələ də imkanın olduğunu vurğulayıb: “Biz bu anda həm Aİİ üzvüyük, həm də Aİ-yə üzvlük yolunda irəliləyirik. Mövcud durum mümkün olduğu müddətə qədər Aİİ-də qalacağıq. Bu mümkün olmadıqda isə Ermənistan xalqının sərbəst iradəsinə əsaslanaraq qərar qəbul edəcəyik”.
Leqal.info