Leqal.info xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“İctimai rəy sorğularının saxtalaşdırılması və fırıldaqçılıq, mahiyyət etibarilə, cinayət hesab edilməlidir”, – Tramp qeyd edib.
Onun sözlərinə əsasən, “The New York Times“ qəzeti, o cümlədən ABC, NBC, CBS və CNN telekanalları reallığa uyğun olmayan sorğu nəticələrini dərc etməklə 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışıblar.
“Amerika jurnalistikasının başına gələnlər doğrudan da kədərlidir. Lakin bu sorğu fırıldaqlarının davam etməsinə imkan verməmək üçün əlimdən gələni edəcəyəm”, – ABŞ lideri vurğulayıb.
Leqal.info