Leqal.info xəbər verir ki, Rutte bunun başadüşülən olduğunu bəyan edib.
Belə ki, NATO Baş katibinin sözlərinə əsasən, ABŞ-ın diqqət yetirməli olduğu regionların sayı çoxdur və bu səbəbdən Pentaqon rəsmiləri həmişə Brüsselə gələ bilməz.
“Mənim Heqsetlə, o cümlədən Prezident Tramp və dövlət katibi Marko Rubio ilə çox gözəl münasibətim var. Şübhəm yoxdur ki, ABŞ NATO-ya tam olaraq sadiqdir. ABŞ rəsmilərinin iclasda iştirak etməməsi məni narahat etmir. Çünki onlar öz yarımkürələrinin, Hind-Sakit okean regionunun qayğısına qalmalıdırlar, onların bir çox məsuliyyəti var”, - Rutte vurğulayıb.
Leqal.info