Leqal.info xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.
“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerikayla və Rusiyayla növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”, - o bildirib.
Bundan başqa, Zelenski Rutte ilə energetika məsələlərini və PURL proqramı üzrə işləməyin vacibliyini müzakirə etdiklərini qeyd edib.
Leqal.info