Leqal.info xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Pəhləvi haqqında müsbət fikirdə olduğunu söyləsə də, İranda siyasi liderlik üçün ölkədəki uyğun şəxsə ehtiyac olduğunu vurğulayıb.
“Biz Pəhləvi barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, lakin hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür", - deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, İranda hakimiyyət dəyişikliyi üçün düşündükləri şəxslər hücum zamanı ölüb.
Leqal.info