ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışıb.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ-ın Hindistandakı səfiri Sergio Qor ⁠”X” hesabında paylaşım edib.

Səfir bildirib ki, Tramp və Modi Hörmüz boğazının açıq qalmasının vacibliyi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Leqal.info