Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq.
"Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü vurğulayıb.
Leqal.info