Leqal.info “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı haqqında məlumat verərkən, “Hizbullah”ın İsrail-Livan sülh prosesinə mane olduğunu və bu prosesi təxribata çəkmək istədiyini bəyan edib.
“Biz istənilən təhdidə qarşı tam hərəkət azadlığını əlimizdə saxlayırıq. Ölkənin şimal bölgəsində yaşayanların təhlükəsizliyini bərpa etməkdə qətiyyətliyik”, - Netanyahu vurğulayıb.
O, Trampın İrana iqtisadi və hərbi baxımdan təzyiq göstərdiyini diqqətə çatdırıb. Netanyahu həm İran, həm də Livan mövzusunda ABŞ və İsrailin tam koordinasiya şəraitində çalışdığını əlavə edib.
Leqal.info