Azərbaycanın hərbi attaşesi general-mayor Zaur Zeynalov Türkiyəyə məxsus C-130 təyyarə qəzasında şəhid olan hərbçilərin ailəsini ziyarət edib.

Leqal.info xəbər verir ki, Azərbaycanın Türkiyədəki hərbi attaşesi şəhid Ramazan Yağız, şəhid Akın Karakuş və şəhid Cem Dolapcının ailələrini Amasyada ziyarət edib.

Ziyarət zamanı şəhidlərin ailəsinə başsağlığı mesajı çatdırılıb.

Qeyd edək ki, ötən il noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı şəhid olub.
Azərbaycanın hərbi attaşesi Gürcüstanda təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin ailəsini ziyarət edib
Azərbaycanın hərbi attaşesi Gürcüstanda təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin ailəsini ziyarət edib

Leqal.info