Leqal.info xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
“Rusiya, Çin və Avropa arasında manevr siyasəti yürütmək mümkün deyil”, – deyə Merz bildirib.
Kanslerin sözlərinə əsasən, Serbiya gələcəyini harada gördüyünə dair aydın seçim etməlidir.
“Əgər Serbiyanın cavabı Avropadırsa, Avropanın cavabı da Serbiya olacaq”, – deyə o vurğulayıb.
Merz əlavə edib ki, Aİ liderləri Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə bu gözləntiləri açıq şəkildə onun diqqətinə çatdırıblar.
Leqal.info