Xoşbəxtlikdən indi Azərbaycanla Ermənistan arasında sülh var.

Leqal.info "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri və "Vətəndaş Müqaviləsi" Partiyasının sədri Nikol Paşinyan jurnalistlərə açıqlamasında seçkilərin region üçün mümkün nəticələri barədə danışarkən deyib.

O, Gürcüstanla çox dərin münasibətlərin olduğunu bildirib.

"Əlbəttə ki, Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm", - Baş nazir qeyd edib.

Paşinyan, eyni zamanda Türkiyə ilə sərhədin, o cümlədən dəmir yolu və avtomobil yollarının yaxın gələcəkdə yenidən açılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Baş nazir Nikol Paşinyan artıq seçkilərdə səs verib.

Leqal.info