Azərbaycan prezidenti Rusiyanın Soçi şəhərində keçirilən MDB dövlət başçılarının sammitində iştirak edib.

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə çıxış edib.

Qeyd edək ki, MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşünün yalnız protokol hissəsi mətbuat üçün açıq olub.

Leqal.info