Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabr ayında baş tutacaq.

Leqal.info xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, görüş dekabrın ikinci yarısında keçiriləcək: “Dəqiq tarix hələlik məlum deyil”.

Qeyd edək ki, görüş Bakıda baş tutacaq.