Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Leqal.info "Report"-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 13:59
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub