Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.

Leqal.info AzNews.az-a istinadən xəbər verir ki, V. Putin təbrik məktubunda bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

V. Putin prezident İlham Əliyevin Rusiyanın əsl dostu kimi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini vurğulayıb: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".