Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 16-cı maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv edilir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.