Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".