Bu gün Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı keçirilən səsvermədə bu ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyan prezident seçilib. Politoloq Rasim Müsabəyov hazırkı prezident S.Sarkisyanın birbaşa dəstəyi ilə A.Sarkisyanın prezident seçilməsi məsələsi ilə bağlı bildirib ki, ''Ermənistanda prezidentin dəyişməsi bu ölkənin siyasi xəttini dəyişdirməyəcək. Çünki dəyişiklik rəmzi xarakterlidir və yeni konstitusiya quruluşuna görə bu ölkədə prezidentin heç bir səlahiyyəti olmayacaq''.

Sarkisyanın biri getdi, o biri gəldi - Ermənistanda yeni prezident seçilib.

Belə ki, Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı gizli səsvermə keçirilib. Yeganə namizəd - Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası və terroru dövlət səviyyəsində dəstəkləyən "Daşnaksütün" partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb. 101 deputanın iştirak etdiyi səsvermədə , 90 deputat Armen Sarkisyanın namizədliyini dəstəkləyib və beləliklə o Ermənistanın 4-cü prezidenti olub.

Politoloq Rasim Müsabəyov isə bu dəyişikliyin rəmzi xarakterli olduğunu və Ermənistanın siyasi xəttində heç bir dəyişikliyin olmayacağını bildirib. Çünki Ermənistanın keçidiyi parlament idarə üsulunda prezidentin çox məhdud səlahiyyəti var. Həm də yeni prezident Serj Sarkisyanın birbaşa istəyi ilə həmin vəzifəyə təyin edilib.

Politoloqun fikrincə, prezident kimi Armen Sarkisyanın seçilməsi də düşünülmüş addımdır. Belə ki, uzun müddət səfir kimi çalışmış bu şəxsin heç bir şəxsi nüfuzu olmadıqından, onun Serj Sarkisyanın əleyhinə hər hansı addım ata biləcəyi də gözlənilmir.

Serj Serkisyan xarici siyasətdə olduğu kimi daxili siyasətdə də yalnız öz maraqlarına uygun revaranslar edir və bu üsulla erməni xalqını aldatmağa çalışır. Qeyd edək ki, yeni prezident səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq.

VİDEO