Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, B. Yıldırımın məktubunda deyilir:

“Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.