Sərəncamda qeyd edilir ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 942 000 (dörd milyon doqquz yüz qırx iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Lənkəran, Lerik və Astara rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:
Sıra №-si
Təhsil müəssisələrinin adları
Ayrılan vəsait
1
Lənkəran rayonu Köhnəgəgir kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
285 000
2
Lənkəran rayonu Jidi kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
425 000
3
Lənkəran rayonu Alazəpin kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
230 000
4
Lənkəran rayonu Türkəncil kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
330 000
5
Lerik rayonu Sivəkəran kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
230 000
6
Lerik rayonu Küsəkəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
315 000
7
Lerik rayonu Vov kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
390 000
8
Lerik rayonu Monidigah kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması
425 000
9
Lerik rayonu Kirəvud kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
285 000
10
Lerik rayonu Zövnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
285 000
11
Lerik rayonu Vılıq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
390 000
12
Lerik rayonu Vamazğon kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
285 000
13
Lerik rayonu Kaqoy kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
262 000
14
Lerik rayonu Conu kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
315 000
15
Astara rayonu Şəmətük kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
230 000
16
Astara rayonu Doli kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
260 000
Cəmi
4 942 000