Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində fəaliyyət göstərəcək seçki məntəqələrinin sayı məlum olub.

Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, seçicilərin səs verməsi üçün 5426 daimi, 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Ümumilikdə respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin səs verməsi üçün açıq olacaq.