Rusiya Federasiyasının Qazaxıstandakı keçmiş səfiri Mixail Boçarnikov Azərbaycanda Rusiya diplomatik missiyasına rəhbərlik edə bilər.

Trend-in məlumatına görə, bu barədə "TASS"a parlamentdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, M.Boçarnikovun namizədliyi bu gün MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr işləri üzrə Dövlət Dumasının profil komitəsi tərəfindən təsdiqlənib.