Prezident İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə Salman Musa oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.